Şri-Lankada buddistlər müsəlman məhəllələrini dağıdıblar

Şri-Lankada buddistlərlə müsəlmanlar arasında toqquşmalar davam edir.

Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, Pallekl şəhərində buddistlər müsəlmanların yaşadığı məhəllələri tar-mar ediblər.

Ölkə hakimiyyətinin daha əvvəl tətbiq etdiyi fövqəladə vəziyyət rejimi və komendant saatı da onları dayandırmayıb.

Buddistlər müsəlmanların restoran və mağazalarını da dağıdıblar.

İğtişaşlar zamanı yaşayış evləri və ictimai binalar oda verilib.

Şri-Lanka hakimiyyəti martın 6-da 10 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top