Almaniyanın yeni xarici işlər naziri bəlli oldu

Almaniyanın yeni xarici işlər naziri Hayko Maas olacaq.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, H. Maas hazırda ədliyyə naziridir və Almaniya Sosial Demokratik Partiyasının (ASDP) üzvüdür.

ASDP H. Maasın təyinatını cümə günü rəsmi elan edəcək.

Xatırladaq ki, Almaniyanın indiki xarici işlər naziri Ziqmar Qabriel bu gün yeni koalisiya hökumətində yer almayacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top