Qəddafi rejiminin dondurulmuş hesablarından milyardlarla avro itib​

Belçikada 2013-2017-ci illər ərzində Liviyanın “Euroclear Bank”dakı hesablarından 10 milyard avrodan çox vəsait itib.

Yeniavaz.com-un “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, həmin hesablar BMT-nin 2011-ci ildə verdiyi qərarla dondurulmuşdu. Vəsaitlərə devrilmiş Liviya lideri Müəmmər Qəddafinin yaxın əhatəsi nəzarət edib.

2013-cü il noyabrın 29-na olan məlumata görə, “Libyan Investment Authority” və “Libyan Foreign Investment Company” üçün açılmış 4 hesabda 16,1 milyard avro olub. Belçika hakimiyyəti həmin vəsaitlərin xeyli hissəsinin yox olmasını 2017-ci ilin payızında aşkarlayıb.

Müəyyən edilib ki, 4 hesabda 5 milyard avrodan çox məbləğ qalıb. Maliyyə Nazirliyinin bəyanatına əsasən, Belçika həmin hesablardan pul çıxarılmasına icazə verməyib.

Qeyd edək ki, M. Qəddafi Liviyaya 40 il rəhbərlik edib və 2011-ci ilin oktyabrında üsyançılar tərəfindən öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top