Afrinə açılan qapı ələ keçirildi

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrin bölgəsində sayca beşinci rayonu terrorçulardan azad edib.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, TSQ Azad Suriya Ordusu ilə birlikdə Cindərəs rayonunda nəzarəti ələ keçirib.

Bununla da Afrinin mərkəzinə 7 kilometr məsafə qalıb. Cindərəs Afrinə açılan qapı xarakteri daşıyır.

Terrorçuların şimaldakı Afrinə doğru qaçdığı bildirilir. Afrin Raco, Bülbül, Şeyx Hadid, Cindərəs, Şəran və Mabatlı olmaqla 6 rayondan ibarətdir. Mabatlı və Afrinin özü hələ də terrorçuların nəzarətindədir.

DİGƏR XƏBƏRLƏR

Top