Türkiyə Silahlı Qüvvələri İraqda əməliyyat keçirəcək

Türkiyə Silahlı Qüvvələri İraqda PKK terror təşkilatına qarşı əməliyyat keçirəcək.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, əməliyyat İraqla birlikdə həyata keçiriləcək: “Əməliyyat İraqdakı seçkilərdən sonra olacaq. Bağdadla birlikdə reallaşdırılacaq. Bu məsələdə həmrəylik var. Oradakı dağlar Türkiyədə olduğu kimi PKK terrorçularından təmizlənəcək”.

M. Çavuşoğlu qeyd edib ki, Suriyada Afrin əməliyyatı may ayına qədər başa çatar: “Afrin əməliyyatı qurtarmasa belə, iki əməliyyatı eyni zamanda həyata keçirmək gücümüz var”

DİGƏR XƏBƏRLƏR

Top