Azərbaycanın qadın müstəntiqi - Foto

Bu gün daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında kişi həmkarları ilə bərabər qadın əməkdaşlarımız da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir və fədakarlıqlar nümayiş etdirirlər. Bu qadınlardan biri də müstəntiq Mətanət Həşimovadır. O, 1998-ci ildən Balakən Rayon Polis Şöbəsində Post Patrul Xidmətində polis nəfəri kimi xidmət etməyə başlayıb. Sonradan DİN-in Polis Akademiyasında aldığı təhsildən sonra bir sıra vəzifələrdə -yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili qrupunun, kadrlar qrupunun inspektoru kimi xidmətini davam etdirib. 2015-ci ildən etibarən isə RPŞ-də müstəntiq kimi çalışır. M.Həşimova gərgin iş rejiminin olmasına baxmayaraq həyat yoldaşı və iki oğluna da vaxt ayırmağı yaddan çıxarmır: “Ailə qurduğum insan da yaxşı ki, polis əməkdaşı olub. O, mənim işimi daha yaxşı başa düşür və anlayışla qarşılayır”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top