NATO-nun Hərbi Komitəsinin rəhbəri Petr Pavel bəyan edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması alyansda böyük narahatlıq doğurur. Onun sözlərini Breaking Defence nəşri sitat gətirir. Petr Pavel hesab edir ki, S-400 kompleksləri NATO texnologiyaları ilə uyğunlaşmır: “Bu səbəbdən Rusiya zenit-raket kompleksləri alyansın ümumi hava hücumundan müdafiə sisteminə inteqrasiya edilməyərək ayrıca istifadə olunacaq”. O həmçinin qeyd edib ki, əsas problem NATO-nun Türkiyədəki hərbi infrastrukturu barədə məlumatların Rusiya sistemlərində saxlanılmasıdır. Petr Pavelin fikrincə, bu məlumatlar Rusiya rəhbərliyinə ötürülə bilər.Oxu.az