ABŞ-da 3 mindən çox aviareys təxirə salınıb

Birləşmiş Ştatların şimal-şərqində yerləşən bir neçə ştatda qar qasırğası səbəbindən 3 mindən çox aviareys təxirə salınıb və 9 mindən çox təyyarə reysi gecikib. Bu barədə "FlightAware" saytı məlumat yayıb. Güclü qar yağışı Amerikanın xüsusilə, Nyu-York, Konnektikut, Nyu-Hempşir, Vermont, Massaçusets və Pensilvaniya kimi ştatlarında qeydə alınıb. Bu, son həftə ərzində sözügedən regionda artıq ikinci ciddi qar qasırğasıdır.Report

DİGƏR XƏBƏRLƏR

Top