ABŞ-dan XƏBƏRDARLIQ: Azərbaycana səyahət edərkən ehtiyat tədbirlərini artırın

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti tərəfindən təqdim olunan sonuncu "Səyahət xəbərdarlığı"nda ölkə vətəndaşlarına tövsiyə olunur ki, Azərbaycana səyahət edərkən ehtiyat tədbirlərini artırmaq lazımdır. Yeniavaz.com ABŞ Dövlət Departamentinə istinadən bildirir ki, ehtiyat tədbirlərini artırmaq tövsiyəsi yalnız MDB və region ölkələri arasında Azərbaycan və Ukraynaya səhayət etmək istəyən vətəndaşlara verilir.

Məlumat üçün bildirək ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Azərbaycanla qonşu olan İrana səyahət etməməyi tövsiyə edir. Daha iki qonşumuz Rusiya və Türkiyəyə səyahət etmək istəyən ABŞ vətəndaşlarına isə bir daha düşünmələri məsləhət görülür. Gürcüstan və Ermənistana isə səyahət etməkdə heç bir problem görmürlər. "Səyahət xəbərdarlığı"nda qeyd olunur ki, normal səyahət tədbirlərinizi alaraq Gürcüstan və Ermənistana səfər edə bilərsiniz.

Onu da bildirək ki, ABŞ Dövlət Departamentinin açıqladığı "Səyahət xəbərdarlığı"nda aşağıdakı 11 ölkəyə səfər etmək məsləhət görülmür:

Cənubi Afrika Respublikası

Əfqanıstan

İran

İraq

Şimali koreya

Mali

Liviya

Suriya

Cənubi Sudan

Somali

Yəmən

Aralarında Türkiyə və Rusiyanın da olduğu daha 20 ölkəyə isə səyahət etmək istəyənlərə bu barədə yenidən düşünmələri tövsiyə edilir.

DİGƏR XƏBƏRLƏR

Top