İran, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcəklər


Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir. Bu barədə məlumatlı mənbə bildirib. Nazir Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıya gələcək. Məlumata görə, səfər 14-15 mart tarixlərində planlaşdırılır. Qeyd edək ki, M.C.Zərif azərbaycanlı və türkiyəli həmkarları ilə birgə 2017-ci ilin dekabrında Bakıda üçtərəfli iclasda iştirak etmişdi.Trend

DİGƏR XƏBƏRLƏR

Top