Çeçenistanda helikopter qəzası: ölənlər var

Çeçenistanda Mi-8 helikopteri qəzaya uğrayıb. Yeniavaz.com-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, helikopter xüsusi xidmət orqanlarından birinə məxsus olub. Bildirilir ki, helikopterin göyərtəsində olan 9 nəfərdən 5-i həlak olub: “Xilasedicilər qəza yerinə hələ çatmayıblar və yekun rəqəmlər sonradan açıqlanacaq”. Xatırladaq ki, ötən gün Rusiyanın hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində 39 nəfər həlak olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top