
Rusiya Prezidenti Vladimir Putin etiraf edib ki, Krımın Rusiyaya ilhaq edilməsindən sonra antirusiya sanksiyalarının tətbiq ediləcəyinə şübhəsi olmayıb. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə V. Putin “Dünya nizamı -2018” filmində deyib. O bildirib: “Tərəzinin bir gözünə milyonlarla insanın taleyini, digər gözünə isə digər ölkələrlə münasibətlərdə çətinliyi qoysaq, birincisi, müqayisə edilməz dərəcədə daha vacibdir. Krımda 2 milyondan çox adam yaşayır, üstəlik onlar Rusiyaya qayıtmaq istəyirlər”. V. Putin qeyd edib ki, çox güman kimsə Rusiyanı bu həddə çatdırıb: “Biz bu həddə çatanda etdiyimiz kimi hərəkət etməliyik. Belə sürətlə və qətiyyətlə hərəkət edəcəyimizi gözləyənlər əlbəttə ki, az idi. Tərəfdaşlarımız çox düzgün taktika hazırladılar və öz hədəflərinə əlbəttə ki, məlum dərəcədə çatırlar, lakin fikrimcə, biz istənilən halda uzunmüddətli perspektivdə uduruq”.
Tətbiqimizi yükləyə bilərsiniz