
Dünya əhalisinin 67%-i və ya 5,1 milyard insan mobil telefondan istifadə edir. Yeniavaz.com statista.com-um açıqladığı məlumata istinadən bildirir ki, 7,6 milyardlıq dünya əhalisinin yarıdan çoxunun - 52,6%-nin və ya 4 milyard nəfərinin internetə çıxışı var. Açıqlanan məlumatda həmçinin qeyd olunur ki, Yer planeti sakinlərinin 42%-i və 3,2 milyard insan aktiv şəkildə sosial şəbəkələrdən istifadə edir.
Tətbiqimizi yükləyə bilərsiniz