Dövriyyədəki nağd pullar artıb

Ötən ay Azərbaycanda pul bazası 419 milyon manat və ya 4,8% artaraq 9 milyard 180,6 milyon manata yüksəlib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində pul bazası 2 milyar 193,6 milyon manat və ya 31,4% artıb. Qeyd edək ki, 2017-ci ilin mart ayının əvvəlində Azərbaycanda pul bazası 6 milyard 987 milyon manat həddində olub.

Qeyd edək ki, pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

DİGƏR XƏBƏRLƏR

Top