Suriyada Rusiya təyyarəsi qəzaya uğradı: Sağ qalan yoxdur

Suriyada Rusiyaya aid "An-26" təyyarə qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, itki sayı 39 nəfərə çatıb.

Məlumatların dəqiqləşdirilməsindən sonra, təyyarənin göyərtəsində 33 sərnişin və 6 ekipaj üzvünün olduğu müəyyən edilib.

Qeyd edək ki, "An-26" təyyarəsi Moskva vaxtı ilə 15:00 radələrində Suriyadakı Hmeymim bazasına yaxınlaşan zaman qəzaya uğrayıb.

İlkin ehtimala görə, qəzaya təyyarədə baş verən texniki nasazlıq səbəb olub. Qəza ilə bağlı araşdırma davam edir. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top