Rusiya təyyarəsi Suriyada qəzaya uğradı: 32 ölü

Suriyada Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, insident təyyarənin enişi zamanı baş verib.

Hadisə nəticəsində 32 nəfər həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, təyyarə Hmeymim aerodromunda qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 26 sərnişin və 6 heyət üzvü olub.

Onların hamısı həlak olub.

İlkin məlumata görə, qəzaya səbəb kimi texniki nasazlıq göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top