“Forbes” dünyanın ən varlı adamlarının reytinqini açıqladı: ilklər var

Amerikanın “Forbes” jurnalı 2017-ci ilin yekunları üzrə dünyanın ən varlı adamlarının siyahısını hazırlayıb.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, reytinqə ilk dəfə “Amazon”un sahibi Ceff Bezos başçılıq edib.

Jurnal C. Bezosun sərvətini 112 milyard dollar həcmində qiymətləndirib.

Bununla da o, tarixdə100 milyard dollar həddini keçən ilk adam olub.

C. Bezos ilk dəfə dünyanın ən varlı adamları siyahısına ötən il salınıb.

O, 2017-ci ildə “Amazon”un səhmlərinin 60 faiz bahalaşdığına görə liderliyə yüksəlib.

Reytinqin ikincisi “Microsoft”un həmtəsisçisi Bill Qeytsdir.

Onun sərvəti 90 milyard dollardır.

İlk üçlüyü isə 84 milyard dollarla investor Uorren Baffet tamamlayır.

DİGƏR XƏBƏRLƏR

Top