Milli Terminoloji veb-portalın təqdimatı olub

AMEA Rəyasət Heyətində www.terminologiya.az ünvanlı Milli Terminoloji veb-portalın təqdimat mərasimi keçirilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Milli Terminoloji veb-portal İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən hazırlanıb.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, mediada, müvafiq sənədlərdə terminlər portalda olduğu kimi yazılmalıdır.

İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Yusif Sadıyev bildirib ki, veb-portal Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə, Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılıb və təhlükəsizlik təmin olunub. Onun sözlərinə görə, portal Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlər və Azərbaycan dilinin digər lügətlərini əks etdirən informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursudur: "Portalda yeni terminlər və müzakirə üçün mövzu təklif etmək, eləcə də mövcud terminlərə münasibət bildirmək mümkündür". APA

DİGƏR XƏBƏRLƏR

Top