Misirə məxsus sərnişin təyyarəsini qaçırmağa cəhd edilib

Maskat-Qahirə marşrutu üzrə uçan “Misir Hava Yolları” aviaşirkətinə məxsus təyyarəni qaçırmaq təşəbbüsü olub.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, həmin marşrut üzrə uçan sərnişinlərdən biri təyyarənin kabinasına girməyə cəhd edib.

Bu səbəbdən təyyarə Omanın paytaxtı Maskata qayıtmağa məcbur olub.

Təyyarənin göyərtəsində 78 sərnişin olub. Marşrut 4 gecikmə ilə həyata keçirilib.

Təyyarədə gərginliyə səbəb olan sərnişin Omanın müvafiq qurumlarına təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top