Şimali Koreya nüvə sınaqlarından imtina etməsi üçün şərt qoydu

Şimali Koreya hakimiyyəti nüvə sınaqlarından imtina etməyə və adanı nüvəsizləşdirməyə hazırdır.

Yeniavaz.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreya Prezident Administrasiyasının nümayəndəsi Mun Ce İn deyib.

Onun sözlərinə görə, Pxenyan bunun qarşılığında ölkədə mövcud siyasi nizam üçün təhlükəsizlik təminatı almaq istəyir: “Əgər hərbi təhdid yoxdursa, Şimali Koreyadakı quruluşunun təhlükəsizliyi təmin edilərsə, onlar nüvə silahı üzərində işləməyə ehtiyac görmürlər”.

Qeyd edək ki, bu gün Pxenyanda son 10 ildə Şimali Koreya və Cənubi Koreya arasında rəsmi danışıqlar keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top