Marketdə qadını ilan sancdı

Almaniyanın Tiefenort qəsəbəsində yaşayan Barbel Şrön adlı qadını marketdə ilan sancıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat verib.

Belə ki, Almaniyanın Turingen əyalətində yaşayan qadın marketdə alış-veriş edərkən birdən qarın bölgəsində ağrı hiss edib.

Qadının qarnındakı ağrı vaxt keçdikcə daha da şiddətlənib və həkimə müraciət edib.

Xəstəxanada məlum olub ki, onu ilan sancıb.

Qadının oğlu dərhal marketə hadisə barədə məlumat verib.

Qeyd edək ki, ilanın marketə necə girdiyi bərədə isə heç bir məlumat yoxdur.

Səbinə Qurban

DİGƏR XƏBƏRLƏR

Top