Azərbaycanda hakimi döyən futbolçu 10 oyunluq cəzalandırılıb

AFFA İntizam Komitəsi “Energetik” klubunun futbolçusu Samir Əliyevi 10 oyunluq cəzalandırıb.

Yeniavaz.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, səbəb Əliyevin Regional Liqada “Şəmkir”lə matçın 78-ci dəqiqəsində aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır.

Oyunun 23-cü dəqiqəsində “Energetik”in digər futbolçusu Tural Məmmədzadə də hakimi təhqir edib. Nəticədə meydandan kənarlaşdırılan Məmmədzadə 4 oyun cəzalanıb.

“Şağan” – “Tufan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Elçin Əliyev də hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. O da 4 oyun cəza alıb.

Gənclər Liqasının “Neftçi” İK İB – “Səbail” görüşünün 80-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Samir Əliyev, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Dalğa” – “İçərişəhər” qarşılaşmasının 25-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Nicat Əliyev, “Avanqart” – “LSS” oyunun 45-ci dəqiqəsində isə meydan sahiblərinin futbolçusu Vahid Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top