Gömrükdən büdcəyə daxil olan vəsait 6,4 milyon manat azalıb

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 12,7% və ya 24 miyon 725 min manat artaraq 219 milyon 663,6 min manata çatıb.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, bu ilin yanvar ayı ilə müqayisədə isə gömrükdən büdcəyə daxil olan vəsaitlər fevral ayında 2,8% və ya 6,4 milyon manat azalıb. Son bir ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 58 milyon 983,1 min manat, əlavə dəyər vergisi üzrə 151 milyon 691,1 min manat, aksizlər üzrə 6 milyon 390,2 min manat, yol vergisi üzrə isə 2 milyon 599,2 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top