BMT 10 ildə humanitar və sülhməramlı fəaliyyətə 233 milyard dollar xərcləyib

Beynəlxalq ictimaiyyət 10 il ərzində humanitar və sülhməramlı fəaliyyətə, habelə qaçqınlara yardım göstərilməsinə 233 milyard dollar xərcləyib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Antonoiu Quterriş deyib.

O bildirib ki, Dünya Bankının hesablamasına əsasən, səmərəli qabaqlayıcı tədbirlər dünya ictimaiyyətinə ildə 5-70 milyard dollar qənaət etməyə imkan verəcək. Bununla belə, A. Quterriş etiraf edib ki, BMT-nin hazırda bütün lazımi resursları yoxdur. O, Sülh Quruculuğu Fondunun nizamnamə kapitalını 500 milyon dollara (hazırda 250 milyon dollardır) çatdırmağa çağırıb.

Qeyd edək ki, BMT-nin maliyyələşdirilməsinin əsas hissəsi– ümumi büdcənin 600 milyon dolları və 2,2 milyard dollar sülhməramlıların xərcləri – ABŞ-ın payına düşür.

DİGƏR XƏBƏRLƏR

Top