Aİ Amerika cinslərinə qarşı rüsum tətbiq etmək istəyir

Avropa İttifaqı (Aİ) Amerika motosikletləri, futbolkaları, cinsləri və burbonlarının ixdalına rüsum tətbiq etmək istəyir.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Aİ bu addımı ABŞ-ın polad və alüminium idxalına rüsum tətbiq edəcəyi halda atmaq niyyətindədir.

Avropa Komissiyası göstərilən mallar üzrə 25 faiz rüsum müəyyənləşdirməyi təklif edir.

Tarif altına düşən idxalın ümumi dəyəri 2,8 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 1-də polada 25 faiz, alüminiuma 10 faiz idxal rüsumu tətbiq ediləcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top