Afrində 2872 terrorçu məhv edilib, 144 bölgə təmizlənib

Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birgə Afrində keçirdiyi "Zeytun budağı" adlı antiterror əməliyyatı nəticəsində 2872 terrorçu zərərsizləşdirilib. NTV televiziyası xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, 46 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2872 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb. Əməliyyat nəticəsində 114 kənd, o cümlədən 30 əsas strateji nöqtəni terrorçulardan təmizlənib, ümumilikdə 144 bölgə Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib. Report

DİGƏR XƏBƏRLƏR

Top