Bank sektorunda işləyənlərin sayı 721 nəfər azalıb

Bu ilin fevral ayının əvvəlinə olan məlumaqta görə bank sektorunda işləyənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% və ya 721 nəfər azalıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, fevral ayının əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 16 min 207 nəfər çalışıb.

Halbuki ötən ilin fevral ayının əvvəlində bank sektorunda işləyən işçlərin sayı 16 min 928 nəfər olub.

Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı azalsa da, bankların şöbələrinin sayı 132-dan 142-yə yüksəlib.

Lakin bank filallarının saynda azalma olub. Bir il əvvəl ölkədə 569 bank filalı olduğu halda bu ilin əvvəlində bu göstərici 511-a düşüb.

DİGƏR XƏBƏRLƏR

Top