Tramp və Mey: Putinin bəyanatı məsuliyyətsizlikdir

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Tereza Mey Rusiya Prezidenti Vladimir Putinin yeni silah barədə bəyanatını məsuliyyətsizlik adlandırıblar. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin press-relizində deyilir. Liderlər razılaşıblar ki, V. Putinin nüvə silahı üzrə bu yaxınlarda verdiyi bəyanat məsuliyyətsiz olub. Tərəflər arasında telefon danışığı bazar günü baş tutub. Xatırladaq ki, V. Putin Federal Yığıncağa müraciətində Rusiyanın dünyada analoqu olmayan yeni silahlarını təqdim etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top