Rüşvət verənlərin işi məhkəməyə göndərilib

2017-ci il ərzində İstintaq idarələri tərəfindən 305 şəxs barəsində 226 cinayət işinin istintaqı tamamlanıb. Həmin cinayət işlərindən 214 cinayət işi üzrə 305 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib. Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. 2017-ci il ərzində istintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə, 186 şəxs barəsində 78 iş Bakı, 43 şəxs barəsində 21 iş Lənkəran, 19 şəxs barəsində 11 iş Gəncə, 5 şəxs barəsində 5 iş Şəki Ağır Cinayətlər məhkəmələinə, 2 şəxs barəsində 2 iş hərbi, eyni zamanda 11 şəxs barəsində 97 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilib. Məhkəmələrə göndərilmiş 305 şəxs barəsində 214 cinayət işindən, 127 şəxs barəsində 83 iş mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş dələduzluq, 35 şəxs barəsində 25 iş, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 17 şəxs barəsində 7 iş rüşvət alma ( passiv rüşvətxorluq, 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, 6 şəxs barəsində 4 iş səhlənkarlıq, 6 şəxs barəsində 6 iş hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 3 şəxs barəsində 3 iş kompüter məlumatlarını qanunsuz ələ keçirmə, 10 şəxs barəsində 5 iş qanunsuz ağac kəsmə və meşələri məhv etmə, 1 şəxs barəsində 1 iş qanunsuz kredit alma və krediti təyinatı üzrə istifadə etməmə, 1 şəxs barəsində 1 iş dərman vasitələrinin qanunsuz dövriyyəsi və 1 şəxs barəsində 1 iş isə oğurluq faktları ilə əlaqədar olub. Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top