"Azerspace-1"in aylıq gəliri açıqlandı - 423 min dollar

2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri göstərilb. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 423 min dollar məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 59 faizini təşkil edib. Qeyd edək ki, “Azərkosmos” ASC-nin 2018- ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

DİGƏR XƏBƏRLƏR

Top