Mehman Hüseynova bəraət istənildi

“Mehman Hüseynovun işi ilə bağlı verdiyimiz kassasiya şikayəti hakim İmran Hacıqayıbova tapşırılıb. Bu barədə vəkil Fuad Ağayev məlumat verib. Qeyd edək ki, kassasiya şikayətində M.Hüseynov barəsində bəraət hökmünün çıxarılması istənilir. Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilə apellyasiya şikayəti təmin edilməyib. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top