Xaricə neftdən başqa nə satırıq? - SİYAHI

Bu ilin yanvar ayı ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 123 milyon dolları təşkil edib. Yeniavaz.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, cari ilin yanvar ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiyaya ixrac edilib. Belə ki, yanvar ayı ərzində Rusiyaya 36,8 milyon, Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11,3 milyon və Çinə 4,4 milyon dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon dollar). Bu siyahıda ikinci yeri xurma (13 milyon dollar), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9,7 milyon dollar) tutub. Həmçinin yanvar ayında qabığı təmizlənən meşə fındığı ixracı 9 milyon, pomidor (tomat) ixracı 7,9 milyon, pambıq lifi ixracı 6,5 milyon, emal olunan alüminium ərintiləri ixracı 4,5 milyon, yer və tunelqazan maşınların hissələri ixracı 3,9 milyon, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar ixracı 3,7 milyon, alma ixracı 3,2 milyon, daş kömür qatranının yüksək temperaturlu qovulmanın digər yağları və məhsulları ixracı 3 milyon, doymamış propen (propilen) ixracı 2.6 milyon, elektrik enerjisi ixracı 2,6 milyon, mis və sink əsaslı ərintilərdən çubuqlar və profillər ixracı 2,3 milyon, qara metallardan neft-qaz buruqlarının qazılması üçün qaynaq yeri olmayan digər nasos-kompressor boruları ixracı 1,9 milyon, orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün ixracı 1.4 milyon, kimyəvi toxuculuq materiallarından böyük tutumlu elastik keçid konteynerləri ixracı 1.2 milyon, radionaviqasiya aparatları ixracı 1.1 milyon, qara metallardan xarici diametri 406,4 mm-dən çox olan digər qaynaq edilmiş borular ixracı 1,1 milyon, aşqarlanmamış alüminiumdan qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar ixracı 1 milyon dollar təşkil edib. Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3,6 milyon dollar olub. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86 faiz, meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top