Saakaşvili bu il prezident seçkilərində namizədliyini irəli sürmək istəyir

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu ilin sonunadək ölkəsinə qayıtmaq niyyətindədir. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili Amsterdamdan “Vahid milli hərəkat”dan (VMH) olan partiya yoldaşlarına səslənib. O, VHM-ni oktyabrda keçiriləcək Gürcüstan prezidenti seçkilərində müxalifətdən öz namizədliyini irəli sürmək üçün digər partiyalarla danışıqlar aparmağa çağırıb. M. Saakaşvilui bildirib: “Biz 2018-ci ildə artıq hakimiyyətə qayıtmalıyıq. Biz prezident seçkilərində qalib gələrək Bidzina İvanişvilinin (Gürcüstanın keçmiş Baş naziri) hökmranlığına son qoymalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top