Ankarada İŞİD-ə qarşı əməliyyat keçirilib, 12 nəfər tutulub

ABŞ-ın Türkiyədəki səfirliyinin terror təhlükəsi ilə bağlı yaydığı xəbərdarlıqdan sonra Ankarada İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 12 nəfər tutulub. “Haberler” xəbər verir ki, məlumatı Ankara Polis İdarəsinin Terrora qarşı Mübarizə Şöbəsi yayıb. Bildirilib ki, 20 şübhəlinin tutulması istiqamətində əməliyyat keçirilib. Onlardan 12-si tutulub. Aniterror əməliyyatı davam edir. Qeyd edək ki, martın 5-də ABŞ-ın Ankaradakı səfirliyi fəaliyyətini bir günlüyə dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilib.Report

DİGƏR XƏBƏRLƏR

Top