Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı - ADLAR - YENİLƏNİB

Sumqayıtda bir evdə 6 meyit tapılıb. Qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib. Sumqayıt Şəhər Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

***

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”. Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.Qafqazinfo

***

Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binanın zirzəmisində yaşayrmış.

***

Sumqayıt Şəhər Prokurorluğu APA-ya verilən məlumata görə, həlak olan şəxslər bunlardır:

1961-ci il təvəllüdlü Rafiq Hüseynov

1965-ci il təvəllüdlü Yeganə Hüseynova

1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova

2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov

2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova

2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova

DİGƏR XƏBƏRLƏR

Top