Yer altındakı qızıl ehtiyatları tükənəcək - 2037-ci ildə

Yer qabığında ən az tapılan elementlərdən olan qızılın, bu günə qədər 185 min tonu çıxarılıb.

Dünyada bu günə qədər 7,5-8 trilyon dollar dəyərində qızıl istehsal edilib.

“United States Geological Survey”in araşdırmalarına görə, geriyə qalan qızılın miqdarı 57 min tondur. Bu ehtiyatların 17%-i Avstraliya, 14%-i Rusiya, 10,5%-i CAR, 5%-i ABŞ, daha 5%-i isə İndoneziyadadır.

2010-2017-ci illərdə dünya qızıl tələbi 4300-4600 ton olub. Tələbin 70%-i mədənlərdən çıxarılan qızılla, 30%-i isə külçə qızılla ödənilib. Belə olan təqdirdə hesablamalar göstərir ki, təxminən 19 ildən sonra yer altındakı qızıl ehtiyatları qurtaracaq.

Sənədə görə, dünyada ötən il dəmir istisna olmaqla metal mədənləri axtarmağa sərf olunan risk sərmayəsinin təxminən yarısı (4 milyard 50 milyon dollar) qızıl axtarma layihələri üçün istifadə edilib.Olke.az

DİGƏR XƏBƏRLƏR

Top