İtaliya çempionatında bütün oyunlar təxirə salındı

Bu gün keçiriləcəyi nəzərdə tutulan İtaliya çempionatının yeddi oyunu “Fiorentina”nın kapitanı Davide Astorinin ölümü ilə əlaqədar təxirə salınıb.

31 yaşlı futbolçu bu gün səhər saatlarında Udinedə hoteldə ölü tapılıb.

Qeyd olunur ki, Astori yuxudan ayılmayıb.

Bu gün 27-ci tur çərçivəsində “Milan” - “İnter” derbisi, həmçinin “Cenoa” - “Kalyari”, “Udineze” - “Fiorentina”, “Torino” - “Krotone”, “Benevento” - “Verona”, "Atalanta" - “Sampdoriya” və “Kyevo” - “Sassuolo” matçlarının keçirilməsi planlaşdırılırdı.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top