Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatının keçirildiyi növbəti ünvan Mingəçevir şəhəri olub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi layihənin keçirilməsində məqsəd Azərbaycanın bölgələrində gənclər arasında Formula 1 yarışı, yol hərəkəti təhlükəsizliyi və avtomobil idmanı haqqında məlumatlılığı artırmaqdır deyib. Ümumilikdə 6 bölgəni əhatə edən çempionatın ilk mərhələsində hər region üzrə bir qalib seçilir. Qaliblər Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək final mərhələsində yarışacaqlar. Yarışın sonunda qalibə və final mərhələsinin digər iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunacaq. Bu yarışa Mingəçevir məktəblərindən 200 şagird qatılıb.Hal-hazırda yarışlar davam edir günün sonunda qaliblər müəyyən edilərək mükafatlandırılacaqlar.
Esmira Hidayətova, Mingəçevir