Məşhur futbolçu ölü tapıldı - İnfarkt keçirib

Məşhur futbolçu oteldə ölü tapıldı

İtaliya yığmasının və “Fiorentina” klubunun futbolçusu Davide Astori dünyasını dəyişib.

Rusiya KİV-nin məlumatına görə, 31 yaşlı futbolçu bu gün səhər Udine şəhərində yerləşən otellərdən birində ölü vəziyyətdə tapılıb.

Astorinin ürəktutmasından öldüyü bildirilir.

31 yaşlı futbolçunun bu yaxınlarda ikinci dəfə ata olduğu deyilir.

Qeyd olunur ki, “Fiorentina”nın Bakı vaxtı ilə saat 18:00-da İtaliya A Seriyasının 27-ci turu çərçivəsində səfərdə “Udineze” ilə planlaşdırılan matçı Davide Astorinin vəfatı səbəbindən təxirə salınıb.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top