"6-cı sinif "İngilis dili" kitabında görün nəyi səhv yazıblar" - FOTOLAR

"Dərsliklərin yazılması ilə bağlı problem var. Bu il nəşr olunmuş 6-cı sinif "İngilis dili" kitabındakı orfoqrafik səhvlər məni bezdirib". Yeniavaz.com saytı xəbər verir ki, bu fikirləri orta məktəbdə müəllim işləyən Şahin Şəbiyev bildirib.

"Özünüz bu fotolara baxın və fikir bildirin. Bu və bunun kimi digər kitablardakı qüsurları yazmalıyıq. Bu cür səhvlər müəllim-şagird arasında dərin inamsızlıq yaradır",-deyə müəllim vurğulayıb.

Şahin Şəbiyev üzlədiyi problemə belə aydınlıq gətirib: "Mən izah edirəm ki, 2-ci şəxs tək "you" əvəzliyi "will" feli ilə işlənər, amma dərslikdə bunu "shall" feli ilə işlənər deyə yazıblar. Məcbur qalıb 6 əlavə vəsait aparıb uşaqları inandirmışam ki, "you" əvəzliyi "will" forması ilə işlənər. Uşaqlar digər vəsaitlərdə yazılanları görəndən sonra mənim dediklərimə əmin olublar. Bu bir problemdir. Həmin dərslikdə təkcə mənim qarşıma 3 belə problem çıxıb. Fotolarını da sizə təqdim edirəm. Xahiş edirəm bu dərsliyi yazanlardan, ona nəzarət etməli olanlardan - daha diqqətli olsunlar. Bu problem tək məni yox, digər müəllimləri də narahat edən məsələdir".

DİGƏR XƏBƏRLƏR

Top