Qar 3 milyon insanı işıqsız qoydu

ABŞ-ın bir çox ştatında həyat soyuq və qarlı hava şəraitinə görə iflic olub.

Qarlı və fırtınalı hava bir çox uçuşun təxirə salınmasına səbəb olub. Konnektikut, Delavare, Nyu Cersi, Ohayo, Pensilvaniya ştatlarında məktəblərdə tətil elan olunub.

Virciniya, Marilənd, Massaçusets, Nyu Cersi, Pensilvaniyada 3 milyon nəfər işıqsız qalıb. Bərpa işlərinin daha 2-3 davam edəcəyi gözlənilir.

Virciniya və Marilənd valiləri enerji xəttlərindəki problemlərin aradan qaldırılması üçün prosesin davam etdiyini bildirib. Marilənddə fırtına və su daşqını təhlükəsinə görə fövqəladə vəziyyət elan edilib.qaynarinfo

DİGƏR XƏBƏRLƏR

Top