
Bu gün Azərbaycanda havanın temperaturu daha 4-6 dərəcə yüksələcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda mülayim, yağmursuz hava şəraiti müşahidə ediləcək, cənub-qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu 11-16, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.trend
Tətbiqimizi yükləyə bilərsiniz