Ötən il Almaniyada məscid və müsəlmanlara 950 hücum edilib

2017-ci ildə Almaniyada müsəlmanlara və məscid kimi qurumlara ən azı 950 hücum edilib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, hücumlar nəticəsində 33 nəfər xəsarət alıb. Hökumət hücumların təqribən 60-nı araşdırıb. Bunlar əsasən məscidlərdə və İslamla bağlı digər qurumlarda vandalizm qraffitiləri və təhqir etmələrlə (məsələn, donuz qanının köməkliyilə) bağlı hallar olub. Bütün bu hallarda cinayətkarlar sağ ekstremistlər olublar. Qeyd edək ki, ötən il Almaniyda daimi əsasda 4,7 milyon müsəlman yaşayıb, bu da ölkə əhalisinin 5 faizini təşkil edir. Onların 65 faizi sünni, 7 faizi şiə, 13 faizi ələvidir.

DİGƏR XƏBƏRLƏR

Top