Qazaxıstan "Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb

Qazaxıstan “Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb. TASS xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Sənəd Qazaxıstanın BMT-yə üzvlüyə qəbul olunmasının 26-cı ildönümü günü Nyu-Yorkda imzalanıb. Müqaviləyə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2018-ci il yanvarın 9-da imzaladığı uyğun fərmana əsasən, ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov imza atıb. 2017-ci il iyulun 7-də qəbul edilən “Nüvə silahının qadağan edilməsi haqqında” müqaviləni BMT-yə üzv olan 122 dövlət dəstəkləyib. Bir müddət əvvəl 56 dövlət bu müqaviləni təsdiqləyib. Qazaxıstan müqaviləni təsdiqləyən 57-ci dövlət olub. Report

DİGƏR XƏBƏRLƏR

Top