Bu həkimlər üçün cəza SƏRTLƏŞDİRİLİR

Hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxiləyə görə tibb müəssisənin müdiriyyəti və müalicə həkimi şəxsən məsuliyyət daşıyacaq. Bu barədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib. Belə ki, qanun layihəsinin 4-cü maddəsində (Qadınların reproduktiv sağlamlığının qorunması) göstərilib ki, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyinin təmin edilməsi vacibdir. Tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyırlar.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top