Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk

Səudiyyə Ərəbistanı hakimiyyəti ölkə tarixində qadınlar üçün ilk marafonun keçirilməsini qəbul edib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, qaçış yarışı bu ilin aprelində Məkkədə bağlı məkanda baş tutacaq. Marafonda zərif cinsin 18 yaşından yuxarı nümayəndələri iştirak edəcəklər. Yüyürüşdən sonra ilk üç yeri tutan idmançılara mükafatlar təqdim ediləcək. Gələn il isə açıq səma altında ilk qadın marafonun keçirilməsi planlaşdırılır. Lap yaxınlarda səudiyyəli qadınlara futbol matçlarına getməyə, bir çox idman növləri ilə məşğul olmağa, xüsusi qadın fitnes-mərkəzlərində məşq etməyə icazə verilib. Məktəblərdə qızlar üçün bədən tərbiyəsi üzrə dərslər keçirilməyə başlanılıb. İyundan başlayaraq isə sürücülük vəsiqələri ala və avtomobil idarə edə biləcəklər, sonra arzu edərlərsə, şəxsi sürücü və ya taksi sürücü qismində iş ala biləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top