Polşa Almaniyadan 850 milyard dollar təzminat almağa ümid edir

Polşa Almaniyanın İkinci Dünya müharibəsində respublikaya vurduğu zərərin təzminatını 850 milyard dollar həcmində qiymətləndirib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Polşanın hakim “Qanun və ədalət” patiyasının deputatı Arkadiuş Mularçik deyib. O, parlamentdə təzminat məsələləri ilə məşğul olur. A. Mularçik bildirib: “Söhbət hərbi cinayətlər, ölkəmizin dağıdılmış şəhərləri, kəndləri, itirilmuş demoqrafik potensiala görə böyük, lakin haqlı təzminat məbləğindən gedir”. Deputat qeyd edib ki, hazırda hesabatın tərtib edilməsi aparılır: “Bu, bir neçə ay davam edə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top