Trampın "polad qərarı" dünyanı şoka salıb - SİYAHI

ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına tətbiq edilən rüsumları yüksəldib. Yeniavaz.com xəbər verir ki, Trampın bu sürprizi ABŞ-a polad ixrac edən ölkələr üçün gözlənilməz olub. Trampın imzaladığı yeni qərara görə gələn həftədən etibarən ABŞ-a idxal olunan polad məhsulları üçün 25%, alüminium üçün isə 10% həddində rüsum tutulacaq. Tramp ABŞ-da polad sənayesini qorumaq məqsədilə belə bir qərar qəbul etdiyini açıqlayıb.

Xarici KİV-lərin yazdığına görə, Trampın bu qərarının arxasında Rusiya və Çin iqtisadiyyatlarına zərbə vurmaq məqsədi də dayana bilər. Bildirilir ki, ABŞ-a polad ixrac edən ölkələr arasınada Rusiya və Çin də yer alıb.

Lakin, əksər ekspertlər bu fikirdədirlər ki, Trampın bu qərarı Rusiya və Çindən daha çox ABŞ-a müttəfiq olan ölkələrin iqtisadiyyatına zərər vuracaq. Qeyd olunur ki, hazırda Rusiya il ərzndə (2017-ci il) ABŞ-a 2,86 milyon ton polad ixrac etməklə siyahıda 5-ci, Çin isə cəmi 740 min ton polad ixrac etməklə siyahıda 11-ci sırada yer alıb. Halbuki, ABŞ-a ən çox ixrac edən ölkə Kanadadır. ABŞ-ın əsas müttəfiqlərindən olan Kanada il ərzində bu ölkəyə 5,7 milyon ton polad ixrac edib.

2017-ci ildə ABŞ-a polad ixrac edən ölkələrin sıralaması isə belə olub:

Ölkələr

Poladın miqdarı

1

Kanada

5,7 mln. ton

2

Braziliya

4,66 mln. ton

3

Cənubi Koreya

3,4 mln. ton

4

Meksika

3,15 mln. ton

5

Rusiya

2,86 mln. ton

6

Türkiyə

1,98 mln. ton

7

Yaponiya

1,7 mln. ton

8

Almaniya

1,38 mln. ton

9

Tayvan

1,23 mln. ton

10

Hindistan

743 min ton

11

Çin

740 min ton

12

Vyetnam

679 min ton

DİGƏR XƏBƏRLƏR

Top