Qurbanov gəldi, yığma rekord vurur!

2018-ci il Azərbaycan millisinin yoxlama oyunlarının çoxluğu ilə diqqət çəkir.

Yanvarın 30-da Moldova ilə (0:0) qarşılaşan Qurban Qurbanovun yetirmələrini ən azı daha 4 sınaq gözləyir.

Belə ki, AFFA dörd ölkədən olan milli assosiasiyalarla bu barədə razılıq əldə edib. Komandamız martda Belarus və Makedoniya, mayda Qırğızıstan, iyunda Latviya ilə üz-üzə gələcək.

Bu da o deməkdi ki, Azərbaycan millisi 2018-ci ildə, özü də ilin ilk yarısında ən azı 5 matçda qüvvəsini sınamış olacaq. Belə çox sınaq matçının keçirilməsi isə nadir hadisədi.

1992-ci ildə yaranan komandamızın 26 illik tarixinə baxsaq, millimizin ən çox yoxlama oyunu keçirməsinə 2002 və 2008-ci illərdə təsadüf olunub. Həmin vaxtlarda yığmamız nə az, nə çox - 8 sınağa çıxıb. Əslində, bu göstəricidə də rekordun ən azı təkrarlanması gözləniləndi. Çünki belə başlanğıc buna əsas verir. Həm də üç məqama görə bunu düşünmək olar.

Birincisi, mayın 29-da Qırğızıstan, iyunun 9-da Latviya ilə görüşəcək komandamızın uzun təlim-məşq toplanışı zamanı 10 gün oyunsuz hazırlıq keçəcəyi inandırıcı deyil. Bir sözlə, bu müddətdə daha bir, bəlkə də iki qarşılaşmanın baş tutması gözlənilir.

İkincisi, yanvarda keçirilməli olan Gürcüstanla yoxlama matçının sonradan baş tutması barədə razılıq əldə edilib. Bu oyunun da yaya təsadüf edəcəyini proqnozlaşdırmaq mümkündü.

Üçüncüsü, sentyabrda başlayacaq Millətlər Liqasına hazırlığı ön planda olan komandanın yarış öncəsi - avqustda ən azı bir dəfə meydana çıxacağı inandırıcıdı. Bütün bunları nəzərə alsaq, yığmamız il ərzindəki yoxlama oyunlarının sayında rekordu təkrarlamağa yaxındı.

Amma artıq bir rekord təkrarlanır. Söhbət ilin ilk yarısına təsadüf edən yoxlama görüşlərindən gedir. Komandamız nəzərdə tutulan 4 matçın hamısını keçirsə, yəni təxirəsalma olmasa, ilk 6 ayda 5 qarşılaşmada oynamış olacaq. Belə hadisə isə 5 dəfə qeydə alınan rekordun təkrarıdı. 1996, 1998, 2004, 2010 və 2012-ci illərin də əvvəlində 5 sınaqdan keçən milli iyunda oynamağa daha bir rəqib tapsa, rekordu yeniləyəcək.

Qeyd edək ki, yığmamız indiyədək 117 yoxlama oyunu keçirib. Bunun da böyük hissəsi - 78-i ilk yarımilliyə təsadüf edib.

il

ilk yarımildə

il ərzində

1992

0

1

1993

4

4

1994

1

2

1995

0

0

1996

5

6

1997

4

5

1998

5

7

1999

1

2

2000

4

6

2001

3

3

2002

3

8

2003

0

3

2004

5

7

2005

4

5

2006

3

4

2007

4

6

2008

4

8

2009

4

6

2010

5

7

2011

2

3

2012

5

6

2013

3

6

2014

2

4

2015

1

2

2016

4

4

2017

1

1

2018

1

1

Cəmi

78

117

apasport.az

DİGƏR XƏBƏRLƏR

Top