Azərbaycanda Kürdən görün nə tutublar: şüşənin içində pul və... - FOTOLAR

"Kür çayının sahilində olarkən suda axan bir şüşə diqqətimi çəkdi. Şüşə çayın sahil tərəfinə yaxın idi deyə gördüm ki, içində pul var". Bu sözləri Yeniavaz.com saytına Zərdab rayonunun İsaqbağı kəndinin Vüqar adlı sakini bildirib.

Dediyinə görə, xeyli cəhddən sonra şüşəni sudan çıxara bilib: "İçində su yox idi. Qapağını açdım və gördüm ki, kimsə şüşənin içərisinə 5 manat pul və vizit kart qoyub. Şüşəni götürüb evə gəldim və baş verənləri yaxınlarıma danışdım. Vizit kartda həmin şəxsin adı yazılıb, amma kim olduğunu bilmirəm, tanımıram".

Vüqar bildirib ki, bu barədə yaxınlarına, dostlarına məlumat verib, ancaq onlar da həmin şəxsi tanıya bilməyiblər: "Açığı, hələ də kiminsə şüşənin içərisinə 5 manat və öz vizit kartını qoyub niyə Kür çayına atdığını anlaya bilmirəm. Məqsəd nə olub, başa düşmək olmur. Bəlkə zarafat etmək istəyib? Hadisəni eşidən, bilənlər də bunun niyə edilməsini anlamaqda çətinlik çəkirlər".

Vüqar dediklərinə sübut kimi şüşənin və içindəkilərin fotosunu saytımıza göndərib.

DİGƏR XƏBƏRLƏR

Top